Müəlliflər

Müəlliflər

Zəhra Əsgərli

Müəllif

Zəhra Salyan şəhərindəndir. 14 yaşı var. Oxuduğu kitabların çoxu detektiv janrındadır. Ən böyük arzusu bir gün FLEX-xaricdə təhsil proqramının mezunu olub Amerikaya səfər etməkdi. Gələcəkdə psixoloq olmaq isteyir. Zəhra gələcəyi xəyallarındakı kimi daha yaradici, daha həzz verici və daha zövq alıcı təsəvvür edir. Zəhranı ən çox kədərləndirən şey, haqlı olsa belə bəzən günahkar görünməsidir. Kimya fənnini çox sevir. Məktəbdə sırf kimyəvi elementlər və kimyəvi maddələr haqqında yeni bir fənn olmasını çox istəyir. Həssas bir təbiəti var. Deyir ki, radio aparıcısı olsa uşaqların adi görünsələr bele, o adi baxışın altındakı yaradıcı dünyadan, uşaqların xəyallarından, uşaqlara qayğıdan danışar. Dütün amalı uşaqlara kömək etmək, onların gələcəklərinə müsbət təsir etməkdir. Zəhra deyir ki, əgər tez böyüyüb psixoloq həkim olsaydim onda uşaqlara və onların psixologiyasina daha çox kömək edərdim. Zəhra birdə vurğuladı ki, ``qızlara qayğını daha da çoxaltmaq, sən qızsan sən bunu edə bilməzsən, ora gedə bilməzsən sözlərini aradan qaldirmaq lazımdır. `` Ümid edirik ki, Zəhra bütün arzularına çatar. Amerikada təhsil almaq üçün isə ümid edirik, ABŞ səfirliyi Zəhranın səsinə səs verər.